
ABŞ yeni hipersürətli mərmini sınaqdan keçirib
ABŞ Hava Qüvvələri 5 Mach sürətinə malik yeni səsdən sürətli top mərmisinin sınaqlarını keçirib.
Azeri Defence saytının məlumatına görə, bu barədə “Breaking Defence” xəbər yayıb.
Sınaqlar zamanı ABŞ Quru Qoşunlarının 155 mm-lik М109 özüyeriyən haubitsasından və Hərbi Dəniz Qüvvələrinin silahlanmasında yer alan “Arleigh Burke” sinifli döyüş gəmisidəki Mk 45 topundan istidadə edilib.
Sınaqlar çərçivəsində HVP (hypervelocity projectile) hipersürətli mərmisi BQM-167 uçan hədəf sistemini yüksək dəqiqliklə vurub.
Məlumatda o da qeyd olunub ki, HVP mərmisi əsasən ballistik raketlərin vurulması üçün nəzərdə tutulub.
KATEQORIYA: Xəbərlər