ABŞ yeni nəsil “Celera 500L” təyyarəsinin uçuş sınaqlarını keçirib

ABŞ yeni nəsil “Celera 500L” təyyarəsinin uçuş sınaqlarını keçirib

Amerikanın “Otto Aviation” şirkəti tərəfindən hazırlanan “Celera 500L” təyyarəsinin prototipinin uçuş sınaqları keçirilib.

Azeri Defence saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, “Otto Aviation”şirkətinin mütəxəssisləri “Celera 500L” təyyarəsinin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını bildiriblər.

Yeni texnologiya əsasında hazırlanan “Celera 500L” 6 heyət tutumuna, bütöv bir kompozit korpusa, qeyri-adi optimallaşdırılmış aerodinamik formalara sahibdir. Təyyarə 550 at gücünə malik bir ədəd “Raikhlin” RED A03 V12 dizel mühərriki ilə təchiz edilb.

Təyyarənin bir çox xüsusiyyətləri hələ açıqlanmayıb, lakin “Otto Aviation” mütəxəssiləri “Celera 500L”in sürətinin ən azı 450 mil/saat, uçuş məsafəsinin 4500 mildən çox olduğunu deyiblər.

Çoxməqsədli “Celera 500L” təyyarəsinin 2023-cü ilə qədər ABŞ-ın FAA sertifikatını alması və 2025-ci ilə qədər isə seriyalı istehsala başlaması planlaşdırılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş