ABŞ yeni nəsil PrSM raketin sınaqlarını keçirib

ABŞ yeni nəsil PrSM raketin sınaqlarını keçirib

ABŞ-ın “Lockheed Martin” şirkəti M142 HIMARS sistemindən həssas başlıqlı yeni nəsil PrSM (Precision Strike Missile) raketin sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” “Armyrecognition” nəşrinə istinadən məlumat verib.

ABŞ ordusunun PrSM proqramı çərçivəsində hazırlanmış yeni uzun mənzilli raketin atış sınaqlarının uğurla nəticələndiyi bildirilib.

ABŞ-ın Nyu-Meksiko ştatındakı paliqonda HIMARS işəsalma qurğusundan buraxılan PrSM raketi 85 kilometr məsafədən hədəfi yüksək dəqiqliklə vurub.

Şirkət mütəxəssislərinin sözlərinə görə, yeni “yer-yer” tipli raketin atış uzaqlığı 499+ kilometrə çatdırılacaqdır.

Raketin dizaynı HIMARS və M-270 yaylım atəşli reaktiv sistemlərə uyğunlaşdırılıb.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş