ABŞ yeni nüvə bombasını sınaqdan keçirib

ABŞ yeni modernləşdirilən B61-12 nüvə bombasının sınaq təlimlərini yekunlaşdırıb.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, Nüvə Təhlükəsizliyinin İdarə olunması Milli Agentliyindən bildirilib ki, təlimlər Nevada ştatındakı Tonopa poliqonunda həyata keçirilib.

Lakin təlim beynəlxalq konvensiyaya uyğun olaraq, nüvə başlığı olmadan keçirilib.

Bomba F-15E təyyarəsindən idarəolunan rejimdə atılıb.

Xatırladaq ki, B61-12 bombası B61-nın 12-ci modefikasiyasıdır və ilk nümunəsi 1960-cı ildə istehsal olunub.

Bombanın serialı istehsalına 2020-ci ildə başlanacaq. Bu silah B61-3, B61-4, B61-7 və B61-10 bombalarını əvəz edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş