ABŞ yeni pilotsuz helikopterin ordu sınaqlarını keçirib

ABŞ yeni pilotsuz helikopterin ordu sınaqlarını keçirib

ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni MQ-8C “Fire Scout” pilotsuz helikopterinin Ekspedisiya dəniz bazasında (ESB) sınaqları keçirilib.

Bu barədə “AzeriDefence” “Defence-blog”a istinadən məlumat verib.

Bildirilib ki, “Hershel Woody Williams” ekspedisiya gəmisində MQ-8C “Fire Scout” PUA-nın ilk dinamik interfeys sınaqları uğurla tamamlanıb.

MQ-8C pilotsuz helikopteri “Northrop Grumman” şirkəti tərəfindən həm quru, həm də dəniz hərbi əməliyyatlarını dəstəkləmək üçün hazırlanıb.

Kəşfiyyat-müşahidə xarakterli pilotsuz helikopterin sürəti 150 dəniz mili təşkil edir. PUA 700 funt ağırlığında faydalı yük daşımaq qabiliyyətinə malikdir.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş