ABŞ yeni qitələrarası ballistik raket yaradır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qitələrarası ballistik LGM-30 “Minuteman III” raketlərini əvəzləyə biləcək aşağı xərcli yeni layihənin icrasına başlayır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı xəbərdə bildirilib.

Yeni qitələrarası ballistik raketlərin dizayn və strateji sistemini “Boeing” və “Northrop Grumman” şirkətləri hazırlayacaq.

ABŞ Müdafiə Nazirliyi bunun üçün hər iki təşkilat ilə təxminən 350 milyon dollar dəyərində müqavilə imzalayıb.

Yeni qitələrarası ballistik raketlərin mühəndisliyi və istehsalı ilə bağlı müqavilənin isə 2020-ci ildə imzalanması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş