ABŞ yeni təyyarədaşıyan gəmisini iyulda dənizə endirəcək

ABŞ-ın yeni təyyarə gəmisi “USS Cerald Ford” iyul ayında dənizə endiriləcək və donanma sıralarına sentyabr ayında qoşulacaq.

“AzeriDefence”nin xarici KİV istinadən verdiyi məlumata görə, 100 min ton ağırlığında və 350 metr uzunluğunda olan nəhəng təyyarə gəmisinin tikintisinə 2009-cu ildə başlanılıb.

Mart ayında inşasının 97 faizi tamamlanan gəmi 12.9 milyard dollara başa gəlməsinə görə dünyada bu günə qədər istehsal edilən ən bahalı gəmidir.

Təyyarə gəmisi 2006-cı ildə dünyasını dəyişmiş ABŞ-ın 38-ci prezidenti Cerald Fordun adını daşıyır.

ABŞ-ın inşasına davam etdiyi digər bir təyyarə gəmisi “USS Con Kennedi”də isə mart ayında işlərin 18 fazi tamamlanıb. Bu gəminin 2020-de donanmaya qoşulması planlaşdırılır.

Donanmanın istehsal proqramında olan üçüncü təyyarə gəmisi “USS Entreprise”nin isə tikintisinə 2018-ci ildə başlanacaq.

ABŞ Donanması gələcək 5 il içində istehsal proqramı üçün Senatdan bütövlükdə 38 yeni döyüş gəmisinin tikintisinə görə 81 milyard dollarlıq büdcə tələb edib.

KATEQORIYA:
Bu xəbəri paylaş