ABŞ yeni “Warrior”u nümayiş etdirdi
ABŞ-ın “Lockheed Martin” korporasiyası “Warrior” – piyadanın döyüş maşınını tam modernləşdirib.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, zirehli maşın Londonda keçirilən DSEI-2015 müdafiə sərgisində ictimaiyyətə təqdim olunub.
Şirkət nümayəndələrinin açıqlamalarına görə, modernləşdirilmiş “Warrior” yeni 40 mm-lik döyüş modulu-başlığı ilə təchiz olunub.
40 mm-lik avtomatik top zirehli texnikanı və düşmənin möhkəmləndirilmiş mövqeyini məhv etmək imkanındadır. Topun dəqiq nişanalma və dağıdıcılıq məsafəsi 3 km-dir.
Bundan başqa PDM ətraf mühitin ekoloji vəziyyətini öyrənən sistem və dairəvi gecəgörmə qurğusu də təchiz edilib.
“Warrior”un zireh qatı da gücləndirilib.