ABŞ zərbə PUA-ları üçün daha mükəmməl partlayıcı sistem hazırlayır

ABŞ partlayıcı yük daşıya bilən pilotsuz uçuş aparatları (PUA) üçün EFP (Explosively formed penetrators) adlı yeni bomba hazırlayır.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

ABŞ Ordusu bu yeni sistemlə birdən çox hədəfi vurmağı planlaşdırır. PUA-lar hədəflərin üzərinə eniş etdikdən sonra, daşıyacağı faydalı yüklə hədəflərini məhv edə biləcək.

Məlumatda o da qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi əlaqədar şirkətlərə təkliflərini təqdim etmələri üçün cari ilin fevralın 8-nə qədər vaxt verib.

KATEQORIYA:
Bu xəbəri paylaş