Ac Seyranın yuxusu

Son bir ildə cəbhədə yaşanan gərginlik, Azərbaycanın müharibə bəyanatları və həyata keçirdiyi tədbirlər Ermənistan cəmiyyətində psixoloji gərginliyin güclənməsi ilə müşahidə olunmaqdadır. Əvvəlki illərdə bu tədbirlər sadəcə silahlanma tendensiyasının artırılması və cəbhədə kiçikmiqyaslı tədbirlərlə müşahidə olunurdusa, artıq bu proses cəbhə xətti və Ermənistanla dövlət sərhədi yaxınlığında təlimlər, cəbhədə preventiv tədbirlərin keçirilməsi, düşmənin canlı qüvvə və texnikasının sıradan çıxarılması, sərhədyanı ərazidə sabotajlar daxil olmaqla daha geniş miqyasda hərəkətlərin icrası ilə diqqəti cəlb edir. Bununla da erməni tərəfi tək işğal olunmuş ərazilərdə deyil, dövlət sərhədində də faktik olaraq gərginliyi öz üzərlərində hiss etməyə məcbur edilir. Cəbhədə üzləşdiyi ağır itkilərlə bağlı yaşanılan panik vəziyyəti Ermənistanın həm ordu rəsmilərinin, həm də ekspertlərin çıxışlarından açıq-aydın hiss olunmaqdadır. Ermənistanın hərbi rəhbərliyi də açıqlamalarında bu və ya dolayıısı formada cəbhədəki uğursuzluqların orduda yaratdığı mənfi psixoloji təsirləri etiraf etmək məcburiyyətində qalır. Bir yandan “vuraram-vuraram” cavab bəyanatları səsləndirən erməni generalitetinin “Azərbaycan müharibəyə hazırlaşır”, “Azərbaycan silahlanır”, “Azərbaycan diversiya qrupları sərhədən sızdı”, Ermənistan müharibə istəmir” kimi açıqlamaları ilə tam ziddiyyət təşkil edir.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan son açıqlamalarından birində bəyan edib ki, Azərbaycan cəbhədəki fəallaşma ilə Ermənistanın daxilindəki siyasi, iqtisadi və miqrasiya proseslərə təsir göstərməyə çalışır.

Cəbhədə nələr baş verir

Ötən ilin may ayından etibarən cəbhədə hər iki tərəfin aktivləşməsi müşahidə olunur. Cəbhədə gərginliyin yaranmasının əsasında ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyindəki dəyişikliklərdən sonra cəbhədə aktivlik göstərərək psixoloji üstünlüyü ələ almaq cəhdləri dayanır.
Hadisənin xronoloji ardıcıllığına nəzər salaq. 2014-cü ilin may ayının sonlarında Cəbrayıl rayonu istiqamətində ermənilərin bir postu məhv edildikdən sonra, cəbhədə müəyyən sakitlik müşahidə olunsa da, iyul ayının sonundan başlayaraq avqust ayının ortalarınadək cəbhədə vəziyyət özünün ən kritik dövrünü yaşayıb. Minaatanların və ağr artilleriyanın istufadə olunduğu döyüşlərdə Azərbaycan Ordusu 15, erməni tərəfi isə 50-dən artıq itki verib. Bundan sonra cəbhədə atəşkəs pozulmalarının və diversiya cəhdlərinin sayında müəyyən azalma tendensiyası müşahidə olunsa da, noyabr ayında Ağdam rayonu ərazisində təlimlər keçirən Ermənistan HHQ-nə məxsus Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən vurularaq məhv edilib.
Dekabr ayının son günləri cəbhədə fəallaşma yenidən yüksəlmə tendensiyasına keçib. Yanvar ayının son günlərinə qədər vəziyyət gərgin həddə qalıb. Yanvarda cəbhə xəttində – Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparmağa cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vurulub. Eləcə də cəbhədə ermənilərə məxsus bir neçə hərbi nəqliyyat vasitəsi vurularaq sıradan çıxarılıb.
Aparılan atəşkəs pozulmalarının monitorinqlərin nəticələrinə görə, yanvar ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 714, fevralda 625 dəfə pozulub. Yanvar ayında cəbhədə provokasiyalar törətməyə cəhd göstərən Ermənistan Ordusunun 25-ə yaxın hərbçisi öldürülüb, 20-dən artıq əsgəri isə yaralanaraq sıradan çıxarılıb (Bura işğal altındakı Azərbaycan ərazilərindəki separatçı Dağlıq Qarabağ rejiminin “ordusu”nun itkiləri daxil deyil). Bundan başqa, Fevral ayında isə cəbhədə təxribatlar törətməyə cəhd edən Ermənistan Ordusunun 2 kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı da olub.

Təcrübə göstərir ki, hər il əlamətdar günlərdə – xüsusən də Novruz bayramında və aprel ayının sonlarında – qondarma “soyqırım”ın ildönümü ərəfəsində ermənilər cəbhədə daha çox aktivlik göstərməyə çalışırlar. Bu il Novruz bayramı günlərində onların bənzər cəhdi də məlum olduğu kimi özlərinin Gülüstan kəndi yaxınlığında ağır itki vermələri ilə nəticələndi.
Psoxoloji əməliyyatlar tarix boyu müharibələrin aparıcı elementi olub. Döyüş əməliyyatları zonalarında qarşı tərəfin üzərində psixoloji üstünlük qazanmağın mühüm üsulları arasında rəqibə yönəlik diversiya və sabotajların həyata keçirilməsi, qarşı tərəfi döyüşdən qaçmağa məcbur edəcək addımların atılması, rəqib əsgərlərində qorxu effektinin yaradılması yer alır. Artıq erməni ekspertlərinin çıxışlarında Azərbaycan Ordusunun bu sahədə balansı öz xeyrinə dəyişdirməsi fikirləri etiraf olunur.

Ermənistan MN özü özünü təkzib edir

Ermənistanın hərbi siyasi rəhbərliyi hər zamankə kimi, əlindəki imkanlardan istifadə edərək, yaşanan uğursuzluqları maksimum şəkildə gizlətmə cəhdlərini davam etdirməkdədir. Bu işdə onlar media və özlərinə yaxın ekspertlərin imkanlarından daha çox yararlanmağa çalışırlar. Amma elə də böyük ölkə olmayan Ermənistanda barıt iyinin haradan gəldiyini hiss edənlər də az deyil.
Rəsmi İrəvanın cəbhədə 2014-cü ilin may ayında – Cəbrayıl rayonu, iyul-avqust aylarında Tərtər-Ağdərə, noyabr ayında hərbi helikopterin, yanvarda pilotsuz uçuş aparatının vurulması barədə informasiyalar buna sübutlardandır.

Təcrübə göstərir ki ermənilərin cəbhədə itkiləri barədə Azərbaycan tərəfinin açıqlamaları hər zaman Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib olunur. ənənəvi şəkildə, Artsrun Hovannesyan Azərbaycan tərəfinin itki verməsi barədə danışmağa üstünlük verir.
Ermənistan Müdafiə Nazirliyinin gizlətdiyi və sonradan rəsmən təsdiq etdiyi bir neçə faktı burada misal göstərmək olar:
– 2011-ci ilin mart ayının 31-də Ermənistan MN-nin xüsusi təyinatlı qrupunun Qazax rayonu istiqamətində diversiya cəhdinin qarşsı alınarkən, başda mayor rütbəli zabit olmaqla 4 hərbçisi atışmada yaralanmış, geri çəkilərkən də qrup minaya düşmüşdü. Azərbaycan tərəfi ermənilərin uğursuz diversiya cəhdi və itki verib geri çəkildiyini duyursada, Ermənistan MN faktı ictimaiyyətdən 6 gün gizlətdikdən sonra, aprelin 7- də “Haykakan Jamanak” qəzeti yaralananların kimliyiniu açıqlayandan sonra faktı təsdiq etmək məcbiriyyətində qaldı.
– 2013-cü ildə Füzuli rayonunun Hordiz kəndi istuqamətində eyni gündə 3 müqaviləli hərbçisinin öldürülməsi xəbəri Azərbaycan KİV-lərində yayıldı. Ermənistan MN Ermənistandan orduya çağırılmış hər üç müqaviləli hərbçinin ölüm xəbərini həmin həftə ərzində, ayrıı-ayrı günlərdə təqdim etdi.
– 2013-cü ilin may ayında Füzuli rayonu istiqamətində “Qarabağ Müdafiə Ordusu”nun II korpusunun kəşfiyyat rəisinin öldürülməsi xəbəri Azərbaycan mediasında yer aldı. Lakin erməni tərəfi həmin zabitin kəşfiyyat rəisi olduğunu təkzib etsə də, ölən şəxsin yaxınlarının sosial şəbəkələrdə paylaşdıqları fotolar və yazılan şərhlərdə zabitin tərcümeyi-halı daha dəqiqliklə qeyd olunurdu.
– Ötən ilin noyabr ayında baş vermiş məlum helikopter olayı zamanı Ermənistan MN mətbuat xidmətinin yaydığı ilk açıqlamada helikopterin Ermənistana deyil, Dağlıq Qarabağ Müdafiə Ordusuna məxsus olduğu, helikopterin uçuş kursundan çıxmadığını bəyan edilirdi. Lakin bir neçə gün sonra Ermənistan tərəfi pilotların ermənistanlı, helikopterin Ermənistan HHQ-nə aid olduğunu açıqlamaqla, birinci bəyanatını rəsmən təkzib etdi. Daha sonra açıqlama verən müdafiə naziri Seyran Ohanyan helikopterin uçuş kursundan yayındığını da etiraf edərək, öz nazirliyini tamamilə təkzib etmiş oldu.
– Yanvar ayında Ağdam rayonu ərazisində Ermənistan Ordusuna məxsus “Krunk” tipli PUA-ların vurulması xəbərinə 6-7 saat sonra – günün sonunda reaksiya verən Ermənistan Müdafiə Nazirliyi yenə faktı təkzib etməyə cəhd etdi.
– Yanvarın 31-də cəbhənin Qazax rayonu istiqamətində minaya düşən 6 erməni hərbçisi barədə xəbəri təkzib edən Ermənistan MN bir həftə sonra yayılan video ilə fakt qarşısında qoyulur.

Erməni nağılları

Ermənistan Müdafiə Nazirliyinin yaydığı informasiyalar reallıqdan uzaq olması bir yana, əslində çox gülünc və qeyri-peşəkarlığı ilə diqqət cəlb edir.
Başlayaq onların cəbhədə atəşkəsin pozulması xəbərlərindən. Hər gün atəşkəs pozulması barədə xəbərlərində Azərbaycan tərəfindən atılan güllələrin sayını açıqlayan Ermənistan Müdafiə Nazirliyinin bu hesab kitabı necə aparması həqiqətən də maraq doğurur. Bunun üçün orduda əsgər çatışmazlığı yaşayan Ermənistanın hər bir posta güllə sayan qoyması və ya Ermənistan hərbi sənayesinin güllə sayan kalkulyator düzəltməsi sualları yaranır.
Fevral ayında Ermənistan MN məlumat yayaraq, Qarabağ cəbhəsinin şimalında Azərbaycan Ordusuna məxsus mövqenin məhv edildiyini açıqlayır. Nazirliyin qeyri peşəkar press-relizində ön xətdəki 1 ədəd ZU-23-2 zenit qurğusunun və onun heyətinin məhv edildiyi vurğulanır.
Hərbidən az çox anlayanlar yaxşı bilir ki, ZU-23 zenit topu aşağıdan uçan hava hədəflərini məhv etmək üçündür və adətən ön xətdən bir neçə kilometr arxada yerləşir. Bu zenit topu döyüş zamanı açıq sahədə mövqelənir və ya nəqliyyat vasitələrinin (MTLB, BTR) üzərində yerləşdirilir. Ondan qapalı mövqelərdə və ya səngərlərdən atəş açmaq qeyri mümkündür.

Martın 19-da Ermənistan Müdafiə Nazirliyinin “məşhur dramaturqu” Artsrun Hovannesyanın ssenaarisi üzrə cəbhədə – Gülüstan kəndi yaxınlığında çəkilən və ermınilərin bir çox saytlarının yayımlayıb, lakin sonradan saytdan yığışdırdığı film özü özünü təkzib edir. Tezbazar çəkilən bu “film”dəki erməni yalanlarını ifşa etmək üçün aşağıdakı qeydləri təqdim etmək kifayətdir:
Video reportajın əvvəlində Azərbaycan Ordusunun diversiya –təxribat cəhdlərindən bəhs edilir və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətindəki erməni postları və may ayında qeyd olunan istiqamətdə yaşanan bənzər olaydan sonra çəkilən görüntü nümayiş etdilirilir. Daha sonra martın 19-da Gülüstan kəndi istiqamətində çox sayda erməni hərbçisinin məhv edildiyi postdan reportaj təqdim olunur, həmin bölmənin zabitləri və əsgərləri danışdırılır. “Azərbaycan diversantlarının atıb qaçdıqları” qumbaraatanlar və silahlar nümayiş olunur.
Maraqlı məqam da burada meydana çıxır. Belə ki, hadisənin səhəri, hadisədən az sonra özünü posta yetirən yerli TV “qarın üstündə Azərbaycan əsgərinin qurumamış qanını”, daha sonra isə göy çəmənlikdə “atıb getdiyi” silahları göstərir.
Reportajda danışan zabit isə “diversantların” gəldiyini qar xırçıltısından hiss etdiyini deyir.

Ancaq silahların Qarabağın şimalında – Murovdağda ilin bu ayında mövcud olmayan çəmənlikdə necə atılıb qalması sualları meydana çıxır. Axı ilin-günün bu vaxtı, ətrafı qar bürümüş Murovda belə çəmənlik haradan ola bilər?
Ermənistan Müdafiə Nazirliyinin Qarabağda üzləşdiyi itkiləri ictimaiyyətdən gizlətməsi sadə məntiqlə aşkar eləmək mümkündür. Hər halda burada iki mümkün ehtimal mövcuddur.

Bu təkzib olunmaz ehtimallardan birincisi Ermənistan MN yalnız cəbhədən Ermənistana gedən meyitləri ictimaiyyətə duyurmasıdır. Qarabağ ermənilərinin adları mediadan mümkün qədər gizlədilir. Separatçı rejimin azad mediasının olmaması, sosial şəbəkələri əngəlləməsi burada rol oynayır. Qarabağlı erməni gənclərin Qarabağda xidmət etdiklərini nəzərə alsaq, illərdir yerli ermənilərin arasında bir itki belə olmaması şübhə doğurur.
Ermənistan MN bu ehtimalı təkzib etdiyi halda ikinci ehtimal meydana çıxır: bu məntiqlə Ermənistanda hakimiyyətdə olan Sərkisyan-Ohanyan cütlüyü öz maraqları naminə ermənistanlı gənclərini işğal edilmiş ərazilərə, Azərbaycan Ordusunun qarşısına çıxararaq, onların soyqırımını həyata keçirirlər. Qarabağdan olan erməni gənclər isə arxa hərbi hissələrdə xidmətə göndərilərək onlar qorunur.
Sonucu ehtimalı cəbhədə həlak olmuş erməni əsgərlərinin valideynləri və könüllü olaraq Azərbaycan Ordusuna təslim olan erməni əsgərləri də etiraf edirlər.
Hər halda Ohanyan və onun nağılbazları müasir dövrün insanlarını belə uydurmalarla inandırmağa çalışmaqdansa reallığı etiraf etsələr daha doğru olardı.

KATEQORIYA:
Bu xəbəri paylaş