“Accuracy International”dan iki yeni multikalibr snayper tüfəngi

“Accuracy International”dan iki yeni multikalibr snayper tüfəngi

“Accuracy International” şirkəti AX Mk 3 və AX 50 ELR markalı iki yeni snayper tüfəngini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, AX Mk 3 modeli şirkətin multikalibr AXMC tüfənginin əsasında yaradılıb. Standart .338 Lapua Magnum patronlardan istifadə edən snayper tüfəngində lülə, çaxmaq və maqazini dəyişməklə .338 Norma Magnum, .300 Norma Magnum, .300 Winchester Magnum, .300 Winchester və 6.5 Creedmoor kalibr patronlara uyğunlaşdırmaq mümkündür.

AX 50 snayper tüfənginin bazasında yaradılmış AX 50 ELR modeli isə .375 və .408 CheyTac kalibrlərinə uyğunlaşdırıla bilər. Tüfənglərdə “Accuracy International”ın patentləşdirilmiş “KeySlot” sistemi, şirkətin patetləşdirilmiş “Quickloc” lülə sistemi, yeni maqazin və ABŞ Ordusunun ASR proqramında iştirak üçün tələb olunan yeni erqonomik tapança dəstəyi tətbiq edilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş