ADEX-2014: “Aeronautics” “Skystar-300” aerostatını Bakıda havaya qaldırır

İsrailin “Aeronautics Group” şirkətinin tərkibində fəaliyyət göstərən “RT LTA Systems Ltd.” ADEX-2014 Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “Skystar-300” aerostatını canlı nümayiş etdirəcək. Bu barədə “AzeriDefence”yə “Aeronautics” şirkətindən məlumat verilib.

“Skystar-300” taktik aerostatı davamlı, orta uzunmüddətli, real-vaxt rejimində taktiki kəşfiyyat, müşahidə, atəş təyini və kəşf (ISTAR) məqsədləri üçün nəzərdə tutulur. Bu aerostat sərhəd mühafizəsi, kəşfiyyat missiyaları və hərbi müdafiə üçün optimal sistemlərdən sayılır. “SkyStar-100” isə yaxın nəzarət və kəşfiyyat missiyaları üçün mini aerostat sistemidir. Pikap yük maşınına bağlanan aerostatın idarəetməsi iki əsgər tərəfindən keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş