ADEX-2014: “Aeronautics”in “Orbiter-3” PUA-sı ADEX-də

İsrailin “Aeronautics Group” şirkəti (stend № 2404) ADEX-2014 Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “Orbiter” və “Aerostar” ailəsindən pilotsuz uçuş aparatlarını (PUA) əyani şəkildə nümayiş etdirəcək. Bu barədə “AzeriDefence”yə “Aeronautics” şirkətindən məlumat verilib.“Aeronautics Group” şirkətinin İdarə Heyətinin sədri polkovnik (əməkli) Amos Matan bildirib ki, rəhbərlik etdiyi şirkət ADEX-də əsas diqqəti pilotsuz həllərin təqdimatına yönəldib.

““Aeronautics” pilotsuz sistemlərin inkişafı və istehsalında uzun illəri əhatə edən təcrübəyə malikdir. Şirkətin həlləri Finlandiya, ABŞ və NATO Dəstək Agentliyi daxil olmaqla dünyanın 45 ölkəsi tərəfindən istifadə olunur”, – deyə A. Matan vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda “Aeronautics”in Müdafiə Sənayesi Nazirliyi ilə birgə qurduğu “Azad Systems Co.” şirkətində PUA-ların istehsalı həyata keçirilir.

“Aeronautics” sərgidə nümyiş etdirəcəyi “Orbiter” PUA ailəsindən “Orbiter2” və “Orbiter-3” PUA-ları kiçik ölçülərinə rəğmən yer və dəniz mühiti üçün uygundur. Qabaqcıl, inkişaf etmiş görüntü ötürmə imkanları və təkmilləşdirilmiş avionik sistemləri ilə “Orbiter” minlərlə əməliyyat saatı yığaraq öz sinfində lider hesab olunur. Kompakt və yüngül çəkili “Orbiter-2” PUA sistemi dözümlü olmaqla yanaşı, havada 4 saat qala və 80 km məsafəyə uça bilir. Sistem gündüz və gecə kameraları və lazer nişanlayıcını birləşdirən sensora sahibdir. On dəqiqə ərzində hazır vəziyyətə gətirilir. Havaya katapult vasitəsi ilə buraxılan PUA enmədə paraşütdən istifadə edir.

“Orbiter-3” kiçik taktik PUA isə 7 saat əməliyyat imkanına və 100 km-ə qədər uçuş məsafəsinə malikdir. Bu PUA-nın faydalı yükünə gündüz və gecə, həmçinin termal kamera və lazer işarələyici daxildir. “Orbiter-3” 20 dəqiqə ərzində hazır vəziyyətə gətirilir. Elektrik mühərriki ilə çalışan PUA səssiz uçur və katapultdan atılmaqla hərəkətə gətirilir. Enmə zamanı paraşütdən və hava yastığından istifadə olunur.

Əməliyyat sadəliyini və səmərəliyini sübuta yetirmiş “Aerostar” taktik PUA isə hazırda 15 ölkədə istifadə olunur. “Aerostar”ın faydalı yükü 230 kq, uçuş tavanı 18000 futdur. Yerüstü idarəetmə stansiyası PUA ilə 200 km məsafədən əlaqə saxlaya bilir.

“Aeronautics”in “Commtact Ltd.” şirkəti isə hərbi rabitə, informasiya və vətən təhlükəsizlik (HLS) sistemləri sahəsində lider şirkətlərdəndir. Şirkət ADEX sərgisində qabaqcıl taktiki elektronika və rabitə avadanlıqları ilə yer, dəniz və aviasiya təhlükəsizlik həlllərin təqdim edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş