ADEX-2014: “Alov” zavodu ASELSAN-la birgə müəssisə quracaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodu ilə Türkiyənin ASELSAN şirkəti arasında yeni məhsulların Bakıda istehsalı və birgə müəssisənin yaradılmasına dair niyyət protokolları imzalanıb.
“AzeriDefence”nin məlumatına görə, protokolları bu gün MSN-in stendində “Alov” zavodunun direktoru Kamal Əsgərov və ASELSAN İdarə Heyətinin sədri Hasan Canpolat imzalayıblar.

Protokola əsasən Bakıda “Alov” zavodu və ASELSAN-ın iştirakı ilə birgə müəssisə təsis olunacaq. Həmçinin “Alov” zavodunda ASELSAN-ın lisenziyası ilə 4x və 6x gecə nişangahları və yeni nəsil termal nişangahlar istehsal olunacaq.

“Alov” zavodunun direktoru Kamal Əsgəərov “Azeri Defence”yə açıqlamasında artıq bu sistemlər üçün Silahlı Qüvvələrdən tələb olduğunu qeyd edib. Müəssisə rəhbəəri ASELSAN ilə birgə qurulacaq müəssisənin optik sistemlərin istehsalı ilə məşğul olacağını söyləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş