ADEX-2014: Azərbaycanın yeni snayper tüfəngi – FOTO

Azərbaycanın hərbi mühəndisləri tərəfindən yaradılmış daha bir snayper tüfəngi ADEX-2014 sərgisində nümayişə çıxarılıb. “AzeriDefence”nin məlumatına görə, yeni silah Müdafiə Sənayesi Nazirliyinin Bakı Ekspo Mərkəzinin birinci salonunda yerləşən əsas stendində nümayiş olunur.Yeni tüfəng yarımavtomatik iş prinsipinə malikdir. O, bu göstəricisi və çapına görə, “Yalquzaq” snayper tüfəngindən fərqlənir. Yeni silah 7.62×54 mm çaplı sovet standart patronlarından atəş açır.

Snayper tüfəngi uzunluğu atıcının bədən anatomiyasına görə tənzimlənən və yanaq yastığına malik qundağa, lülə qutusunun üst hissəsində və ön yanlarda piccatini relsinə sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş