ADEX-2014: Belarusdan ADEX-ə geniş qatılım

AQAT şirkəti “Əsgər – döyüş sistemi”ni Bakıda nümayişə çıxarırBelarus müdafiə sənayesi ADEX-2014 birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində geniş milli qatılımla təmsil olunacaq. Bu barədə “AzeriDefence”yə Belarus Dövlət Hərbi Sənaye Komitəsindən məlumat verilib.

Belarusun “Belspesvneştexnika” şirkəti ADEX-2014 sərgisində özünün ən son hazırladığı zenit-raket kompleksləri, elektro-optik məhsuları, müasir avtomatlaşdırılmış idarəetmə sistemləri və trenajor texnikaları barədə informasiyaları ziyarətçilərə təqdim edəcək.

Bundan başqa, Belarus şirkətləri “558-ci Aviasiya təmir zavodu”, “Ölçü texnologiyaları”, “Tora”, “AQAT Systems”, “Rabitə və idarə etmə Sistemləri”, “2566 saylı radio elektron silahların təmiri zavodu”, “140-cı təmir zavodu”, “Displey”, “Midivisana”, “Virtual texnologiyalar”, “BelOMO”, “Diamond Aviasiya Təlim Mərkəzi” şirkətləri 168 kvadrat metrlik ekspozisiyada öz məhsullarını sərgiləyəcəklər.

Belarus ekspozisiyasında radiostansiyaların, gücləndiricilərin, səhra telefonlarının, Ethernet şəbəkə kommutatoru, müxtəlif tip optik nişangahlar, müşahidə cihazları, qumbaraatan təlim trenajorları, ADUNOK avtomatlaşdırılmış distans-idarə olunan atəş kompleksi, “Vektor-Mst” nəzarət-diaqnostik aparatı, müasirləşdirilmiş hərbi maşınların tərkibində “Osa” ZRK-i və “Tunquska” zenit-top raket komplekslərinin maketləri, S-300P ZRK tərkibində işıqlandırma və idarəetmə RLS-i təqim olunacaq.

Ayrı-ayrı stendlərdə çıxış edəcək “AQAT Systems” və “Geoməlumat idarəetmə sistemləri” şirkətləri isə zenit raket və radiotexnika hissələri üçün ən yeni avtomatlaşdırılmış idarəetmə sistemlərini, radioelektron mübarizə vasitələrin sərgiləyəcək. Sərgidə əsas diqqət Belarusda hazırlanmış “Əsgər – döyüş sistemləri” təchizatına yönəldiləcək.
Sərgidə ayrıca stendlə təmsil olunan Belarusun “Minotor-Servis”, “Müdafiə təşəbbüsləri”, SKB TSP şirkətləri tərəfindən müxtəlif hərbi texnika nümunələrinin maketlərini TQM 3T “Moskit”, müasirləşdirilmiş “Tunquska” zenit-raket-top kompleksi, ZSU – 23-4 “Şılka”, müasirləşdirilmiş BTR-50, “Aura” raket hücumlarından xəbərdarlıq sistemi, PKR gəmi əleyhinə hücumlardan müdafiə kompleksi və s. haqqında informasiyalar təqdim olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş