ADEX-2014: Daha 6 “Marauder” bu gün Azərbaycan Ordusuna təhvil verilib

CAR-ın “Paramount Group” şirkəti və Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bu gün daha 6 ədəd döyüş sınaqları başa çatmış “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini sifarişçiyə təhvil verib.

“AzeriDefence”nin xəbəərinə görə, bu barədə “Paramount Group” şirkəti məlumat yayıb.

“Paramount Group”un icraçı sədri, Ayvor İçikovitzin (Ivor Ichikowitz) sözlərinə görə, bu Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə əlaqələrdə çox mühüm mərhələdir: “Azərbaycan və Cənubi Afrika arasında əlaqələrin möhkəmləndirilməsi davam edir. Müdafiə və aviasiya sənayesi dövlətlər arasında əməkdaşlığın ən strateji sahələrdən biridir. Biz bu əməkdaşlığın inkişafı və yüksək texnologiyalı müdafiə və aviasiya sənayesi sahəsində davam edəcəyinə inanırıq”.

KATEQORIYA:
Bu xəbəri paylaş