ADEX-2014: “Defense Initiatives” Bakıda yeni nəsil radioelektron mübarizə vasitələrini sərgiləyəcək

Belarusun “Defense Initiatives” şirkəti (Stend 2058) ADEX-2014 sərgisində yeni nəsil radioelektron mübarizə vasitələrini Azərbaycan və bölgədən olan ziyarətçilərə təqdim edəcək.
“AzeriDefence”nin məlumatına görə, şirkət ADEX-2014-də döyüş təyyarələri üçün nəzərdə tutulan “Talisman”, helikopterlər üçün “Amulet” bort müdafiə kompleksləri, obyektlər və yerüstü döyüş texnikaları üçün “Miraj” individual müdafiə kompleksi, MiQ-29 təyyarələrinin poliqonda tədqiatlarını aparmaq üçün PİK kompleksi barədə məlumatları istifadəçilərlə paylaşacaq.

Şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, “Talisman” və “Amulet” radioelektron mübarizə vasitələri (REM) “aykido” prinsipinə – yəni rəqibin REM sisteminin gücünün onun özünə yönləndirilməsinə əsaslanır. Artıq “Talisman” sisteminin MiQ-29 döyüş təyyarəsi üzərində sınaqları yekunlaşıb və müsbət nəticələr əldə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş