ADEX-2014 – firmalar öz iştiraklarını təsdiqləyir

2014-cü il 11-13 sentyabr tarixlərində Bakıda keçiriləcək ADEX-2014 I Beynəlxalq Müdafiə Sənayesi Sərgisində bir sıra ölkələrdən hərbi şirkətlər öz iştiraklarını təsdiq ediblər. Bu barədə “AzeriDefence” sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Sərgidə iştirakını təsdiq edənlər arasında Arsenal 2000 JS Co., Optix Co. (Bolqarıstan), CETC International Co. LTD (Çin), MKU Pvt. (Hindistan), Oboronnıe İnsitativi (Belarus), MBDA (Fransa), Rafael (İsrail), ASELSAN, HAVELSAN, MKE, STM, TİSAŞ, İşbir, MAKEL, METEKSAN, Milsoft, ODTU Teknokent, Öztiryakiler, Repkon, Yakupoğlu (Türkiyə) şirkətləri var.

ADEX-2014 sərgisində artıq Türkiyə və Polşa milli qrupla təmsil olunacaqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş