ADEX-2014: İMİ “Predator Hawk” raketini Azərbaycan bazarına çxarır

İsrail Hərbi Sənaye şirkəti (İsrael Military İndustries-İMİ) ADEX-2014 Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan Silahlı Qüvvələri üçün “Predator Hawk” taktiki raketini nümayiş etdirəcək. Bu barədə “AzeriDefence”yə İMİ şirkətindən məlumat verilib.

“Predator Hawk” raketinin maketi İMİ şirkətinin stendində şirkətin digər məhsulları ilə birgə nümayiş olunacaq.

Qeyd edək ki, İMİ-nin son məhsullarından olan “Predator Hawk” 250 km mənzilə sahibdir. Bu məsafədə raket hədəfi 10 metr fərqlə vurmağı bacarır.

İMİ sərgidə həmçinin müxtəlif “yer-yer” sinfli raket sistemləri, 125 mm çaplı tank mərmilərini və digər məhsullarını da sərgiləyəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş