ADEX-2014: MKE şirkəti MPT-76 piyada tüfəngini Bakıda sərgiləyəcək

Türkiyənin MKE şirkəti ADEX-2014 sərgisində müxtəlif silah sistemlərini və döyüş sursatlarını nümayiş etdirəcək.“AzeriDefence”nin məlumatına görə, MKE stendində T-155 “Fırtına” özüyeriyən haubitsasının maketi, “Panzer” topu, müxtəlif atıcı silahlar – MP-5 tapança pulemyotunun fərqli modifikasiyaları, JNG-90 “Bora-12” snayper tüfəngi, 40 mm çaplı avtomatik qumbaraatan, barabanlı qumbaraatan, minaatanlar və onların sursatları, habelə bədən zirehləri, döyüş dəstləri sərgilənəcək.

Sərgidə MKE tərəfindən MPT-76 piyada tüfənginin bir nümunəsi də Azərbaycandan olan istifadəçilərə əyani olaraq nümayiş etdiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş