ADEX-2014: Pakistanın GİDS şikəti ADEX-də çoxsaylı məhsulları ilə təmsil olunur

Pakistanın GİDS şirkəti (stend № 1308) ADEX-2014 Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində özünün müxtəlif müdafiə təyinatlı məmulatlarını Azərbaycandan və regionun digər ölkələrindən olan istifadəçilərə tanıdacaq. Bu barədə “AzeriDefence”yə GİDS şirkətindən məəlumat verilib.

GİDS-in stendindəə “Shahpar” taktik pilotsuz uçuş aparatının maketi ön plana çıxarılacaq. Uzunluğu 4.2 metr, çəkisi 480 kq, qanad açıqlığı 6.6 metr olan “Shahpar”ın faydalı yükü 50 kq, maksimal tavanı 5000 metr, sürəti 150 metr/saniyə, ötürmə kanalının uzaqlığı 250 km təşkil edir.

GİDS sərgidə özünün aviasiya bombalarını 50-60 km məsafəyə istiqamətləndirən REK adı verilmiş qanadlı kitini, PUA-lar üçün “Zumr-1” dairəvi müşahidə sistemini, “Rabta” C4İ və avtomatlaşdırılmış hava hücumundan müdafiə sistemini, ACMİ hava döyüşlərində manevrləri izləmə sistemini, GP seriyalı aviasiya fuqas bombalarını, zərbəli partladıcıları, “Pak-İBMS” taktik idarəetmə kompleksini, artilleriya atəşini idarə edilməsi üçün “PakFire” atış kontrol sistemini, “PakSİM” artilleriya atəş simulyatorunu, “Nigehban” və NOD müşahidə sistemmlrini, Hərbi Dəniz Qüvvələri üçün BPS və ASTT simulyatorlarını, nüvə və kimyəvi qoruma kombenizonlarını əyani şəkildə nümayiş etdirəcək.

Bununla yanaşı GİDS stendində şirkətin digər məhsulları barədə broşürlər və kataloqlar təqdim olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş