ADEX-2014 “Paramount Aerospace Azerbaijan” şirkəti təsis edildi

CAR-ın “Paramount Group” şirkəti Azərbaycanın “Azairtechservices” şirkəti ilə birgə helikopter və təyyarələrin modernləşməsi layihələrini həyata keçirəcək birgə şirkət təsis edib. “AzeriDefence”nin məlumatına görə, birgə müəssisənin yaradılması barədə qərar bu gün ADEX-2014 sərgisində elan edilib.

Yeni yaradılmış aerokosmik şirkət “Paramount Aerospace Azərbaijan” adlanır. Şirkət Mi-17, Mi-24 markalı helikopterlərin, Su-25 və MiQ-29 təyyarələrinin və digər qanadlı platformaların modernləşdirilməsi ilə məşğul olacaq.

Birgə razılaşmanı “Azairtechservices” şirkətinin idarə heyətinin sədri Fuad Seyidəliyev və “Paramount Group”un icraçı sədri Ayvor İçikovitz (Ivor Ichikowitz) imzalayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş