ADEX-2014: Repkon hərbi müəssisələr üçün istehsal texnologiyalarını təqdim edəcək

Türkiyənin “Repkon INC.” şirkəti (Zal 2, stend 2304) ADEX-2014 sərgisində özünün müdafiə sənayesində istifadə olunan müxtəlif məhsulları barədə informasiyaları təqdim edəcək.Bu barədə “AzeriDefence”yə “Repkon” şirkətindən məlumat verilib.

“Repkon” şirkəti 36 ildir mülki məhsulları ilə yanaşı müdafiə sənayesinə müxtəlif texnologiyalr istehsal edir.

“Repkon” sərgidə müdafiə sənayesi müəssisələrini təmsil edən qonaqları özünün Flowforming maşınları barədə məlumatlandıracaq. Bu maşınlar orta və uzun mənzilli raketlərin, minaatan mərmilərinin, gilizlərin, aviasiya və aerokosmik mühəərriklərin və transmissiya hissələrinin isti və ya soyuq üsulla hazırlanmasında istifadə olunur.

Sərgidə həmçinin Repkonun kəsmə maşınları (Shear Forming), Hot Spinning maşınları, Ex-Proof hidravlik pres maşınları, isti döymə, standart hidravlik avadanlıqlar, kompozit materialların təmiri üçün maşınlar, habelə müxtəlif emal avadanlıqları baədə məlumatlar təqdim olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş