ADEX-2014: ROKETSAN Bakıda “Qasırğa” qoparır

“Qasırğa” BakıdaTürkiyənin ROKETSAN şirkəti “Qasırğa” raket sistemini ADEX-2014 sərgisində nümayişə çıxarıb. “AzeriDefence”nin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin inventarına bir il əvvəl daxil olmuş “Qasırğa” KAMAZ şassisi üzərində, Bakı Ekspo Mərkəzinin açıq sahəsində sərgilənir.

300 mm çaplı raketlərdən atəş açan “Qasırğa”nın atış mənzili 105 km, bir raketin təsir sahəsi isə 8 hektardır. “Qasırğa” sistemi müasir atış-kontrol sisteminə malikdir və dünyada öz sinfində ən müasir artilleriya raketlərindən hesab olunur.

ROKETSAN yetkililərinin sözlərinə görə, Azərbaycanın malik olduğu T-122/300 sistemi universallığı ilə seçilir. Ehtiyaca uyğun olaraq bir maşın üzərindən həm 122 mm (bir paketdə 40 ədəd), həm də 300 mm (bir paketdə 4 ədəd) çaplı raketlərdən atəş açmaq mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş