ADEX-2014: Rusiyadan geniş qatılım

“Rosoboroneksport” Konserni ADEX 2014 sərgisində bir sıra hərbi texnikaları əyani şəkildə nümayiş etdirəcək. Bu barədə “AzeriDefence”yə “Rosoboroneksport”un mətbuat xidmətindən məlumat verilib.
Şirkətin stendində (№ 1310) aviasiya, hərbi gəmilər, zirehli texnika, raket və artilleriya sistemləri, müxtəlif silahların maketləri, posterləri, reklam bukletləri və multimedia nümayişləri olacaq.

Rusiya ekspozisiyasının statik meydanında Ka-52 “Alliqator” döyüş kəşfiyyat-zərbə helikopteri, BMPT-72 atəş dəstəyi maşını və “Msta-S” özüyeriyən haubitsaları əyani nümayiş olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş