ADEX-2014 sərgisi başladı

Bakıda Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX-2014) rəsmi açılış mərasimi keçirilib.
“AzeriDefence”in məlumatına görə, mərasimində müdafiə sənayesi naziri Yavər Camalov açılış nitqi ilə çıxış edib.

Ölkənin iqtisadi imkanlarına toxunan Y. Camalov Azərbaycanın müdafiə sənayesinin inkişaf dövrü haqda da danışıb.

Mərasimdə Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev, milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov, Silahlı Qüvvələrimizin yüksək rütbəli zabitləri, o cümlədən xarici ölkələrin hərbi qurumlarının rəsmi şəxsləri, diplomatlar iştirak edib.

Təqdimatdan sonra rəsmi şəxslər stendlər – burada nümayiş edilən məhsullarla tanış olublar.

Onların diqqətinə çatdırılıb ki, sentyabrın 11-dən 13-dək davam edəcək ADEX-2014 dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.

Xatırladaq ki, sərgidə Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, ANAMA, “Azersun Holdinq” və “Nabucco” şirkətləri təmsil edir.

Sərgidə Türkiyə 37, Belarus 20, İsrail 16, Fransa 16, Polşa 15, Rusiya 10, Cənubi Koreya 6, ABŞ 6, Çin 5, CAR 4, Bolqarıstan 3, Niderland 2, Kipr 2, Çexiya 2, Ukrayna 2, Birləşmiş Ərəb Əmirlikləri 2, Hindistan 2, Qazaxıstan 1, Lüksemburq 1, Pakistan 1, Sloveniya 1, İtaliya 2, Kanada 1, İsveçrə 1,İspaniya 1, İngiltərə 1, Sinqapur 1 şirkətlə təmsil olunur.

Sərginin işini 30 mediada – o cümlədən dünyada müdafiə sektorunda tanınmış “Al Defaiya” jurnalı (Livan), “Army Recognition” saytı (Belçika), “Defence & Security Alert (DSA)” (Hindistan), “Savunma ve Havacılık” (Türkiyə), “Defence Helicopter” ( Böyük Britaniya), “Defence Turkey” (Türkiyə), “Defense Express” (Ukrayna), “IHS Janes Defence Weekly” (Böyük Britaniya), “Indian Military Review” (Hindistan), “Land Warfare International” ( Böyük Britaniya), “Military Technology” (Almaniya), MSI Defense Review (Türkiyə), “Аэрокосмическое обозрение” (Rusiya), “Национальная Оборона” (Rusiya), “Обозрение Армии и Флота” (Rusiya), həmçinin Azərbaycanın “Azeri Defence” jurnalında işıqlandırılacaq.

“Azeri Defence”

KATEQORIYA:
Bu xəbəri paylaş