ADEX-2014 sərgisində bu texnikaları görəcəyik

Bakıda sentyabrın 11-dən 13-dək davam edəcək ADEX-2014 Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 30-dan artıq ölkədən 200-ə yaxın şirkət öz məhsullarını nümayiş etdirəcək. Bu barədə “AzeriDefence” sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Sərginin işi 30 mediada – o cümlədən dünyada müdafiə sektorunda tanınmış “Al Defaiya” jurnalı (Livan), “Army Recognition” saytı (Belçika), “Defence & Security Alert (DSA)” (Hindistan), “Savunma ve Havacılık” (Türkiyə), “Defence Helicopter” ( Böyük Britaniya), “Defence Turkey” (Türkiyə), “Defense Express” (Ukrayna), “IHS Janes Defence Weekly” (Böyük Britaniya), “Indian Military Review” (Hindistan), “Land Warfare International” ( Böyük Britaniya), “Military Technology” (Almaniya), MSI Defense Review (Türkiyə), “Аэрокосмическое обозрение” (Rusiya), “Национальная Оборона” (Rusiya), “Обозрение Армии и Флота” (Rusiya), həmçinin Azərbaycanın “Azeri Defence” jurnalında işıqlandırılacaq.

Sərgidə Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, ANAMA, “Azersun Holdinq” və “Nabucco” şirkətləri təmsil edəcək.

Sərgidə Türkiyə 37, Belarus 20, İsrail 16, Fransa 16, Polşa 15, Rusiya 10, Cənubi Koreya 6, ABŞ 6, Çin 5, CAR 4, Bolqarıstan 3, Niderland 2, Kipr 2, Çexiya 2, Ukrayna 2, Birləşmiş Ərəb Əmirlikləri 2, Hindistan 2, Qazaxıstan 1, Lüksemburq 1, Pakistan 1, Sloveniya 1, İtaliya 2, Kanada 1, İsveçrə 1,İspaniya 1, İngiltərə 1, Sinqapur 1 şirkətlə təmsil olunacaq.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, sərgidə əsas ağırlığı hərbi texnikalar, atıcı silahlar, döyüş sursatları və pilotsuzvasitələr təşkil edəcək. Sərgidə Rusiyanın Uralvaqonzavod Konserni tərəfindən “Terminator-2” atəş dəstəyi maşınının, T-90SM tankının, Türkiyənin ASELSAN şirkəti tərəfindən “Kaplan” bomba robotunun, Ukraynanın BTR-4MV zirehli transportyorunun, İsrailin İMİ şirkəti tərəfindən istehsal olunan zirehli maşınların, Belarus şirkətləri tərəfindən modernizə edilmiş müxtəlif hərbi texnikaların maketlərinin, Azərbaycan müəssisələrində istehsal olunmuş və modernləşdirilmiş, həmçinin yaradılmış iki yeni zirehli texnikanın eksperimental nümunəsinin sərgilənməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş