ADEX-2014: Ukrayna yeni döyüş modulunu sərgiləyir

Ukraynanın “Ukroboronprom” Dövlət Konserni ADEX-2014 sərgisində “Blik-2” döyüş modulunu əyani şəkildə təqdim edib.
“AzeriDefence”nin məlumatına görə, Konsernin stendində yer alan “Blik-2” döyüş modulu zirehli texnikanın silahlandırılması üçün nəzərdə tutulur. Bura 12.7 və 7.62 mm çaplı pullemyotlar və 30 mm çaplı qumbaraatan daxildir. Döyüş modulu 1000 metrə qədər hündürlüklərdə hava hədəflərinə atəş açmağa imkan verir. Ehtiyaca uyğun olaraq idarəetmə 50 metr məsafədən distans olaraq həyata keçirilə bilir.

Döyüş modulu təkərli və ya tırtıllı nəqliyyat vasitələrinin üzərində, həmçinin stasionar obyektlərdə qurula bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş