ADEX-2014: VESTEL “Karayel”ini ADEX-də tanıdacaq

Türkiyənin VESTEL Defence (ADEX stend № 1108) şirkəti ADEX-2014 birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində özünün taktik pilotsuz uçuş aparatı “Kareyel”in maketini təqdim edəcək. Bu barədə “AzeriDefence”yə VESTEL Defence şirkətindən məlumat verilib.

“Karayel” 6 hava nəqliyyat vasitəsi, 3 yerüstü idarəetmə stansiyası, 4 hərbi yükdən və bununla bağlı digər alt sistemlərdən ibarət olan və Türkiyə Ordusunun tələblərini ödəmək üçün SSM ilə razılaşdırılan pilotsuz uçuş sistemidir. Orta hündürlükdə və uzaq məsafəyə (MALE) uça bilən taktiki PUA sinfinə aid olan “Karayel” sistemi istifadəçilərin müxtəlif tələblərinə uyğun olaraq təkmilləşdirilə və sazlana bilər. “Karayel” NATO-nun 4671 saylı hava uçuşları üçün yararlılıq tələblərinə uyğundur. Bundan başqa, PUA-nın yerüstü idarə stansiyası NATO-nun 4586 nömrəli standartlarına uyğun olaraq hazırlanıb.

“VESTEL Defence şirkəti ilk dəfə keçiriləcək ADEX sərgisinə qatılmaqla, öz imkanlarını qonşu regionda olan bütün dost ölkələrə nümayiş etdirəcək. Bununla yanaşı, VESTEL həmçinin bu gün PUA-larla müqayisədə ucuz olan və çağırışlı mühit üçün önəmli rol oynayan idarə olunan optik vasitələrin hazırlaması sahəsində özünün müasir imkanlarını bölüşəcək”, – deyə şirkətdən bildirilib.

VESTEL-in törəmə şirkəti olan AYESAŞ da ilk dəfə keçirilən ADEX-də öz imkanlarını tanıdacaq. AYESAŞ havadan müdafiə, dəniz kəşfiyyatı sahəsində C4lSR və CCA, kabellərin istehsalı, elektromexaniki məhsullar, hava-kosmik və müdafiə proqramları üçün SW sahəsində inkişaflarını nümayiş etdirəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş