ADEX-2016: ANAMA ərazinin minalardan tənizlənməsi texnologiyası ilə bağlı seminar keçirib – FOTOLAR

Bu gün Bakı Ekspo Mərkəzində ADEX 2016 – 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) “Ərazilərin minalardan  tənizlənməsi üzrə texnologiya və sistemlərin inkişaf perspektivləri, bu sahədə çalışan şirkətlərin iştirakı və rolu” mövzusunda seminar keçirilib.

“AzeriDefence” xəbər verir ki, seminarda ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov qurum tərəfindən aparılan əməliyyatlarda icra texnologiyalarının hazırkı vəziyyəti, inkişaf perspektivləri, gələcək əməliyyatlarda yeni üsul və avadanlıqların tətbiqinə dair təqdimatla çıxış edib.

Seminarda ANAMA-nın yaranma tarixi və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları barədə məlumat verilib.

Bildirilib ki, 1998-ci il iyulun 18-də Azərbaycan prezidentinin Sərəncamı ilə ANAMA-nın yaradılması ölkəmizdə mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün agentlik ötən illərdə beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub. Hazırda ANAMA humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə-minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə (MTM) və minadan zərərçəkənlərə yardım (MZY) sahələrində də kifayət qədər təcrübəsi vardır. Hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

Diqqətə çatdırılıb ki, agentlik MTM ilə bağlı fəaliyyətini əsasən 3 istiqamət – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri üzrə aparır. MTM üzrə dərslər 26 rayonda 3635 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 55 min şagirdi əhatə edir və növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Agentlik respublikanın bir neçə rayon və şəhərində mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını həyata keçirir.

Hazırda agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdir

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

DSCN4361 DSCN4365 DSCN4368 DSCN4371

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş