ADEX-2016: Azərbaycan və Rusiya arasında helikopterlərə xidmət mərkəzinin yaradılması müqaviləsi imzalanıb

Bakıda keçirilən ADEX-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində bu gün “Rusiya vertolyotları” və Azərbaycanın “Silk Way Helicopter Services” müəssisəsi Azərbaycanda xidmət mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, müqavilə Bakıda “Mi-8/17” tipli helikopterlərə xidmət göstərəcək mərkəzin yaradılmasını etiva edir.

Müqaviləni “Rusiya vertolyotları” şirkətinin baş direktorunun müavini İqor Çeçikov və “Silk Way Helicopter Services” şirkətinin direktoru Azər Sultanov imzalayıblar.

Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan vertolyotlara texniki xidmət və əsaslı təmiri üzrə servis mərkəzi yaradılacaq.

“Azərbaycan MDB ərazisində Rusiya istehsalı olan helikopterlərin əsas istismarççılarından biridir. Məhz bu ölkədə xidmət mərkəzinin açılışı haqqında bizim qərarımız satışdan sonrakı servis xidmətlərinin götərilməsi ilə bağlı oldu. Gələcəkdə helikopterlərin təmiri mərkəzinin imkanlarını genişləndirməyi, burada Rusiya istehsalı olan hərbi helikopterlərin də təmirini həyata keçirməyi planlaşdırırıq” – deyə İqor Çeçikov bildirib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş