ADEX-2016: Belarus şirkətləri 90-dan çox eksponat nümayiş etdirəcək

Belarus uzun mənzilli “Polonez” raketini, müasir radar sistemlərini Bakıda nümayişə çıxarır

Belarus müdafiə sənayesi ADEX-2016 sərgisində 8 müəssisə ilə təmsil olunacaq.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Belarus Dövlət Hərbi Sənaye Komitəsinin (DHSK) məlumatında bildirilir.

ADEX sərgisində Belarus DHSK-nın birləşdirilmiş stendinin kollektiv təşkilatçısı kimi QVTUP “Belspesvneştexnika” çıxış edəcək.

Stenddə ən yeni müdafiə texnologiyaları, atəş sistemləri, döyüş geoməlumat sistemləri,  optik və elektro-optik cihazlar, müxtəlif tipli hava hücumundan müdafiə vasitələri, radiolokasiya sistemləri və s. Daxil olmaqla Belarus müdafiə sənayesinin imkanları təqdim olunacaq.

Stenddə “Aqat-idarə sistemləri”, “Radar”, BelOMO, “140 nömrəli təmir zavodu” ASC, NPO TSP şirkətləri öz məhsullarını təqdim edəcəklər

Belarus hərbi sənayesi ADEX-2016 sərgisində yeni məhsulu olan “Polonez” raket kompleksinin ilk beynəlxalq nümayişini keçircək.

NPO TSP şirkəti sərginin açıq pavilyonunda “Redut-221” komanda-qərargah maşınını, MŞM-2 mobil qərargah modulunu, MTO-AT-MB texniki xidmət maşınını, PES-100-t/230-ç/400MB daşınan elektrik stansiyasını və RLS-50 radarını ziyarətçilərə təqdim edəcək.

Sərgidə Belarusun “558 nömrəli Aviasiya təmir zavodu” ASC və “Defense İnstativ” şirkəti sərbəst şəkildə təmsil olunacaqlar. “558 nömrəli Aviasiya təmir zavodu” ASC öz stendində düşmənin HHM sistemlərini aldadılması üçün nəzərdə tutulmuş “Kondor-1” PUA-nı,  “Berkut-1” və  “Berkut-2” PUA-larının maketlərini, şaquli enib-qalxan “Şerşen” adlı PUA-nı sərgiləyəcək. Müəssisə həmçinin Su-25 təyyarələrinin müasirləşdirilməsi sahəsində imkanlarını tanıdacaq və müasirləşdirilmiş Su-25 təyyarəsinin kabinəsinin maketini nümayiş etdirəcək.

Ümumilikdə Belarus şirkətləri ADEX-2016 sərgisində hərbi təyinatlı məhsulun 90-dan çox eksponat nümayiş etdirəcəklər. Sərgiyə qatılan Bellarus nümayəndə heyətinə DHSK-nin sədr müavini Dmitri Pantus rəhbərlik edəcək.

RLS-50 radarı

RLS-50 radarı

KATEQORIYA:
Bu xəbəri paylaş