ADEX-2016 beynəlxalq müdafiə sərgisindən FOTOLAR

ADEX-2016 sərgisinin ikinci günü başa çatıb. “AzeriDefence”nin məlumatına görə, sentyabrın 28-də sərgi Azərbaycanın müdafiə sənayesi qurumlarının rəhbərliyi, habelə Silahlı Qüvvələrin ayrı-ayrı qoşun komandanları tərəfindən ziyarət olunub.

Bu gün iştirakçı şirkətlərin stendlərini gəzən müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Türkiyənin “Otokar”, Pakistanın POF, Yunanıstanın MİLTECH şirkətlərinin, habelə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) stendlərində olublar.

ANAMA-nın əməkdaşları tərəfindən Azərbaycanda həyata keçirilən mina və PHS təmizləmə işləri barədə məlumat verilib. DSX rəisi və müdafiə sənayesi nazirinin sualları cavablandırılıb. Agentliyin istifadəsində yer alan yeni texnologiyalar təqdim edilib.

AZERİ DEFENCE sərgidən fotoları təqdim edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş