ADEX-2016: Gürcülər zirehli sanitar maşınlarını Bakıda sərgiləyəcəklər

Gürcüstanın “Delta” Elmi Texniki Mərkəzi Bakıda keçiriləcək ADEX-2016 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə “Delta”dan məlumat verilib.

Sərgidə Gürcüstan hərbi sənayesi tərəfindən istehsal edilmiş bir çox məhsullar nümayiş olunacaq. “Delta” həmçinin “Didqori” zirehli avtomobilinin bazasında hazırlanmış Zirehli Hərbi Sanitar Maşınını ADEX-2016 sərgisində nümayiş etdirməyi planlaşdırır.

Zirehli Hərbi Sanitar Maşınının (MEDEVAC) heyəti iki nəfərdən ibarətdir. Maşın 4 yaralını götürmək imkanına malikdir. Bunun üçün maşının zirehli bölməsində 4 asma xərək (alt-üst) yerləşdirilib. 4×4 təkər formuluna malik MEDEVAC-ın sürəti 120 km/saat təşkil edir.

Qeyd edək ki, “Didgori” maşınları Ford F550 maşınlarının əsasında hazırlanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş