ADEX-2016: HAVELSAN Paraşütçü və Döyüş simulyatorlarını Bakıda nümayiş etdirəcək

Türkiyənin HAVELSAN şirkəti Bakıda sentyabr ayında Bakıda keçiriləcək ADEX-2016 beynəlxalq müdafiə sənayesi sərgisində özünün müxtəlif simulyasiya və komanda-idarəetmə sistemlərini sərgiləyəcək.

Bu barədə “AzeriDefence”yə HAVELSAN şirkətindən məlumat verilib.

HAVELSAN-ın sərgidəki stendində Paraşütçü, Döyüş və HİPOD simulyatorları əyani şəkildə nümayiş olunacaq.

Bundan başqa, şirkət Hərbi Dəniz Qüvvələri üçün Yeni Gözətçi Gəmilərində tətbiq edilən Döyüş İdarəetmə Sistemlərini, Hərbi Hava Qüvvələri üçün Komanda-İdarəetmə Sistemləri barədə məlumatları təqdim edəcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş