ADEX-2016: HAVELSAN yeniliklərini sərgiləyir

HAVELSAN şirkəti Komanda-Nəzarət, Tədris Texnologiyaları və Simulyasiya, İnformasiya İdarəetmə Sistemləri, Ölkə və Kiber Təhlükəsizlik Həlləru ilə bağlı bütün məhsullarını ADEX-2016 sərgisində nümayişə çıxaracaq.

Bu barədə “AzeriDefence”yə HAVELSAN şirkətindən məlumat verilib.

HAVELSAN-ın sərgilədiyi məhsullar arasında yer alan Döyüş Simulyatoru yüngül silahlarla atış təlimlərinin sinif şəraitində keçirilməsini, əsgərin atıcılıq qabiliyyətlərini virtual poliqon ilə inkişafını təmin edir. Virtual sahədə itehsal edilən ərazi görüntüsü və oyunçu davranışı sayəsində simulyatorda həm tək, həm də qrup şəklində taktik təlimin gerçəkləşdirilməsi mümkündür. Müxtəlif yüngül silahların ballistik modellərini özündə birləşdirən silahlara inteqrasiya edilmiş geri təpmə cihazları sayəsində reallığa yaxın şərtlərdə təlimlər verilir.

HIPOD simulyatoru ADEX-də

İlk vaxtlar Türkiyə üçün hazırlanmış HIPOD (HAVELSAN Enstrümantasyon Podu) da ADEX sərgisində nümayişə çıxarılan məhsullar arasındadır. Hava hücumu təlimlərinin sinif şəraitindən gerçək sahəyə çıxaran HIPOD sistemi Hərbi Hava Qüvvələrinin NATO standartlarında hava hücumundan müdafiə təşkil etməsində önəmli rola malikdir. Sistem bir çox platformalara uyğunlaşdırıla bilir. Xüsusən də Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 döyüş təyyarələrinə də uyğunlaşdırılması mümkündür.

Paraşüt Simulyatoru

HAVELSAN şirkəti özünün son texnologiyalara əsaslanan məhsullarından Paraşüt Simulyatorunu da ADEX-2016 sərgisində təqdim edəcək. İstifadəçilərin qısa müddətdə təkrarlana bilən və təhlükəsiz şəraitdə təlim keçməsi, hazırlıq səviyyəsinin yüksəldilməsi və bu proseslərər sərf olunan maliyyə xərclərini minimallaşdıran Paraşüt Simulyatoru hava-desant bölmələri və paraşüt kursları üçün həyati əhəmiyyətə malikdir. HAVELSAN-ın Paraşüt Simulyatoru dayaqlar üzərində yerləşir və istənilən əraziyə daşınaraq asanlıqla qurula bilir.

Komanda-Nəzarət Döyüş Sistemlərində həll ortağı

HAVELSAN-ın döyüş idarəetmə sistemi, inteqrasiya, komanda-nəzarət məhsulları və xidmətləridə ADEX-də potensial müştərilərə təqdim olunacaq. HAVELSAN stendində Türkiyənin MİLGEM korveti və Tuzla sinifli Gözətçi Gəmilərinə inteqrasiya edilmiş döyüş-idarəetmə sistemləri sərgilənir. On ildən çoxdur HAVELSAN-ın Dəniz Qüvvələri üçün gerçəkləşdirdiyi və təhvil verilmiş layihələri həm Türkiyə, həm də dünya dənizçilərinin xidmətindədir. Qeyd edək ki, hazırda HAVELSAN-ın sistemləri sadəcə Türkiyədə 40-dan çox dəniz platformasında yer alır. Eyni zamanda Pakistan və Rumıniya kimi ölkələrə də sistemlərin təmin olunması və inteqrator olma yolunda işlər aparılır.

“HAVELSAN sahib olduğu texnoloji bilikləri və təcrübəni, özünəməxsus məhsullar ilə Azərbaycanın da istifadəsinə təqdim etməyi hədəfləyir. Bu çərçivədə HAVELSAN mövcud əlaqələrin fonunda birgə istehsal və texnologiya transferi ilə Azərbaycanda var olmaq və qardaş ölkənin müdafiəsində iştirak etmək istəyir”, – deyə şirkətin məlumatında qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş