ADEX-2016: IAI qabaqcıl müdafiə həllərini təqdim edəcək

Israel Aerospace Industries (IAI) 27-30 sentyabr tarixlərində Bakıda keçiriləcək ADEX-2016 sərgisində bir sıra müasir müdafiə həllərini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə IAI şirkətindən məlumat verilib.

İsrailin dövlət mülkiyyətində olan ən böyük müdafiə və aviasiya şirkəti olan IAI dəniz, quru, hava, kosmik və kiber arenada çox məqsədli istifadə üçün tam əməliyyat həllərinə malikdir. Onilliklər ərzində, şirkət öz müştərilərinə texnoloji bilik və müxtəlif sahələrdə geniş spektrdə təcrübə təklif edir.

ADEX-2016 sərgisində şirkət pilotsuz uçuş aparatları, yerüstü robot sistemləri, sensorlar və radar sistemləri, hava hücumundan müdafiə sistemləri, gəzən sursat ailəsinin yeni nümunələrini, komanda-nəzarət həlləri, kəşfiyyat, müşahidə missiyaları üçün elektro-optik faydalı yüklər ilə yanaşı inkişaf etmiş kiber həlləri təqdim edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş