ADEX-2016: “Koza”Qaraheybət poliqonunda qurduğu LOMAH hədəflərini nümayiş etdirir – FOTOLAR

“Koza İnşaat və Savunma Sanayi” şirkəti ADEX-2016 sərgisində Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybət poliqonunda qurulan yeni nəsil hədəf sistemlərini nümayişə çıxarıb.

“AzeriDefence”nin məlumatına görə, “Koza”nın stendində Qaraheybət poliqonunda qurulan İsveçrənin “Polytronic” şirkətinin istehsalı olan LOMAH hədəflər, hədəflərin idarəetmə qurğuları və müşahidə sistemi hərbi qurumlara təqdim olunub.

“Polytroinic”in LOMAH hədəflərinin xarici analoqlarından üstünlüyü onun həm dəyən atışları, həm də atılan güllə və mərminin hədəfdən nə qədər uzaq keçdiyini göstərməsidir.

LOMAH ilə yanaşı daşınan, palçıqlı və sərt ərazilərdə istifadə üçün nəzərdə tutulan PİTS hədəfi də sərgidə təqdim edilir. PITS (Portable Infantry Target System) daşınan proqramlaşdırılan pop-up hədəf mexanizmi hazırda Avstraliya, ABŞ, Böyük Britaniya, BƏƏ, Rusiya və Fransa Silahlı Qüvvələrinin istifadəsində yer alır. 12VDC /12Ah batareya ilə çalışan, İP67 səviyyəsinə cavab verən hədəf cihazının çəkisi 20 kq-dır.

“Koza” tərəfindən Qaraheybət poliqonu “açar təhvili” prinsipi üzrə inşa edilir. İnşaat başa çatandan sonra öz təchizatına görə regionda bənzərsiz və yeganə olacaq Qaraheybət poliqonunda piyada və tank hədəfləri qurulur. Poliqondakı hədəflərin hamısı LOMAH olacaq.

Qeyd edək ki, indiyədək “Koza” tərəfindən Azərbayccan Silahlı Qüvvələrinə səyyar şəkildə istifadə eləmək üçün daşına bilən, kiçik ölçülü hədəflər də tədarük edilib. Şirkət Xüsusi Dövlət Mühafizə Xidmətinin poliqonunu, eləcə də digər güc qurumlarının poliqon və atış sahələrinin yaradılmasını həyata keçirib.

Sərgidə hədəf sistemləri ilə yanaşı yerüstü müşahidə radarı, antisnayper detektoru və digər cihazlarını da nümayiş etdirən “Koza”nın interaktiv poliqonu da fəaliyyət göstəririr.

_MRS6134

PİTS hədəf cihazı və yanında antisnayper detektoru

_MRS6146

Polytronic LOMAH hədəfləri və atıcı ekranı

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş