ADEX-2016: MSN-dən bikalibr snayper tüfəngi – FOTOLAR

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəsissləri tərəfindən “Yalquzaq” snayper tüfəngi ailəsinin yeni nümunəsi olaraq hazırlanmış “Vaşaq” adlı yeni snayper tüfəngi ADEX-2016 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayişə çıxarılıb.

“AzeriDefence”nin məlumatına görə, snayper tüfəngi dizayn baxımından “Yalquzaq”a bənzəsə də mütəxəssislər silahın bir sıra xarakteriskalarına görə sələfindən fərqləndiyini bildiriblər.

“Vaşaq” bikalibr snayper tüfəngidir. Yəni zərbə mexanzmini və lüləsini dəyişməklə ondan iki fərqli kalibrdə patronla –  .338 Lapua Magnum və 308 Win (7.62×51) patronlardan atəş açmaq imkanı mövcuddur.

Snayper tüfəngi üzərindəəki pikatini tamasaları vasitəsi ilə müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silah qatlanan və hündürlüyü tənzimlənən qundağa, ön hissədə ayağa sahibdir. Snayper tüfəngi tək-tək doldurma (bolt action) iş prinsipi ilə işləyir.

Vasaq (3)

Vasaq (1)

Vasaq (2)

 

KATEQORIYA:
Bu xəbəri paylaş