ADEX-2016: Rusiya sərgidə 28 təşkilatla təmsil olunacaq
Rusiya sərgidə ilk dəfə T-72 tankının müasirləşdirilmiş nümunəsini nümayiş etdirəcək
Rusiya müdafiə sənayesi ADEX-2016 beynəlxalq müdafiə sərgisində 28 təşkilatla təmsil olunacaq.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiyanı Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) yaydığı press-relizdə bildirilib.
Sərgidə iştirak edəcək Rusiya təşkilatlarının arasında “Rosoboroneksport” Səhmdar Cəmiyyəti, “Uralvaqonzavod” Elmi-istehsalat korporasiyası, “Splav” Qeyri Dövlət Təşkilatı, “Rusiya Vertolyotları” Səhmdar Cəmiyyəti, “Bazalt” Səhmdar Cəmiyyəti, “Cihaz” Qeyri Dövlət Təşkilatı, “Şvab – Müdafiə Mühafizə” Səhmdar Cəmiyyəti, “KBP” Səhmdar Cəmiyyəti, “Taktik Raket Silahlları” Korporasiyası yer alır.
Rusiya ekspozisiyasında aşağıdakı məhsullar barədə modellər, maketlər və başqa reklam materialları şəklində informasiyalar təqdim olunacaq:
- helikopter texnikasından – Ka-52 döyüş kəşfiyyat-zərbə, Mi-35M nəqliyyat-döyüş, Mi-26 ağır nəqliyyat, Mi-28NE döyüş helikopteri;
- zirehli tank texnikasından – T-90S tankı, BMPT tank atəş dəstəyi maşını, BMR-3MS mina təmizləmə maşını, BTR-80A zirehli transportyor, BMP-3F piyada döyüş maşını;
- tank əlehinə raket kompleksləri – “Kornet-E”, “Kornet-EM”, “Metis-M1”, “Xrizantema-S” özüyeriyən tank əlehinə kompleks;
- zenit-raket sistemləri – tırtıllı şassidə “Tor-M2E”, “Buk-M2E” zenit raket kompleksi, “İqla-S” daşınan zenit raket kompleksi, müasirləşdirilmiş ZU-23/30M1 zenit qurğusu, inteqrə edilmiş “Club-S” və “Club-N” raket sistemləri.
Sərgidə ilk dəfə olaraq T-72 tankının müasirləşdirilmiş nümunəsi təqdim ediləcək. Ümumilikdə Rusiya şirkətlərinin pavilyonunda 512 eksponatın nümayişi nəzərdə tutulut.
Rusiya nümayəndə heyətinə FSVTS direktorunun birinci müavini A.A.Boysov başçılıq edəcək.