ADEX-2016 sərgisində 100-dən artıq şirkət iştirakını təsdiqləyib

Azərbaycanda 2016-cı ilin sentyabr ayında keçirilməsi planlaşdırılan ADEX-2016 ikinci beynəlxalq müdafiə sənayesisərgisində bu günədək 100-dən çox şirkət öz iştirakını təsdiq edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov 17 dekabr müdafiə sənayesi işçilərinin peşə bayramı münasibəti ilə “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək ADEX-2016 ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir.

Y. Camalov bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən etibarən 15 beynəlxalq sərgidə nümayiş etdirilib və böyük maraqla qarşılanıb. Sevindirici haldır ki, Müdafiə Sənayesi Nazirliyinin qatıldığı sərgilərdə Azərbaycan brendi kimi nümayiş etdirilən məmulatların çeşidlərinin sayı artmaqda davam edir.

“Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların beynəlxalq sərgilərə çıxarılması ölkənin müdafiə qüdrətinin inkişafının və Azərbaycan Silahlı Qüvvələrinin regionda qüdrətli ordulardan birinə çevrilməsinin bariz nümunəsidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, artıq xarici ölkələrə də ixrac olunur”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, ADEX-2015 sərgisi 27-30 sentyabr 2016-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş