ADEX-2016 sərgisində Pakistan milli pavilyonla təmsil olunacaq

Sentyabrın 27-30 tarixlərində Bakıda keçiriləcək ADEX-2016 Beynəlxalq Müdafiə Sərgisində Pakistan müdafiə sənayesi milli pavilyonla təmsil olunacaq.

Bu barədə “AzeriDefence” sərginin saytına istinadən məlumat verib.

Bu günədək Pakistandan 3 təşkilat sərgidə iştirakını təsdiqləyib. Bunlar DEPO Pakistan, Pakistan Ordnance Factories, Embroidery Export Corp şirkətləridir.

Qeyd edək ki, Pakistan müdafiə sənayesini təmsil edəcək şirkətlərin sayında növbəti aylarda artım gözlənilir.

ADEX-2014 sərgisində Pakistanı yalnız iştirakçı qismində GİDS şirkəti təmsil etmişdi.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş