ADEX-2016 sərgisində Türkiyəni təmsil edəcək şirkətlərin adları məlum olub

Sentyabrın 27-30 tarixlərində Bakıda keçiriləcək ADEX-2016 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Türkiyə ən böyük milli pavlyonla təmsil olunacaq.

“AzeriDefence”nin məlumatına görə, bu günədək Türkiyə müdafiə sənayesi təmsil olunan 27 qurum sərgidə iştirakını təsdiqləyib.

Türkiyə şirkətləri ilə yanaşı Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyi (SSM) və Müdafiə Sənayesi İxracatçıları Birliyi (SSİ) də sərgidə təmsil olunacaq.

ADEX-2016 sərgisində təmsil olunacaq Türkiyə şirkətləri aşağıdakılardır:

MÜSİAD, ROKETSAN, ASELSAN, “Otokar”, MKE, HAVELSAN, TUSAŞ, STM, Vestel-Ayesaş, “Onur Mühendislik”, TİSAŞ, “Seykoç Alüminyum”, “Yakupoğlu”, “Milsoft”, TÜBİTAK BİLGEM, İŞBİR, BMC, C-Tech, SDT, “Öztiryakiler”, “Simsoft”, “Spekon”, “Tekom”, “Heksagon”, Koza İnşaat və Savunma Sənaye, “Nero Industry Defense Technology”.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş