ADEX-2016: Türkiyənin AYESAŞ şirkəti ilə AMEA-nın institutu arasında memorandum imzalanıb – FOTOLAR

Bu gün ADEX-2016 – 2- ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyənin AYESAŞ şirkəti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb.

“AzəriDefence”nin xəbərinə görə, memorandumu AYESAŞ-ın baş direktoru Əziz Sipahi və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev imzalayıb.

Anlaşma memorandumu çərçivəsində Azərbaycan və Türkiyə ilə yanaşı digər ölkələr üçün də layihələr həyata keçiriləcək.

_DSC0059 _DSC0060 _DSC0063 _DSC0071

KATEQORIYA:
Bu xəbəri paylaş