ADEX-2016: TUSAŞ “Anka”, “Hürkuş” və ATAK-ı tanıdacaq

Türkiyənin ən böyük aviasiya sənayesi şirkəti olan TUSAŞ 27-30 sentyabr tarixlərində Bakıda keçiriləcək ADEX-2016 sərgisində müxtəlif hava platformalarını sərgiləyəcək.

Bu barədə “AzeriDefence”yə TUSAŞ şirkətindən məlumat verilib.

Sərgidə TUSAŞ orta yüksəklikdə və uzun müddət havada qalan (MALE) sinif “Anka” pilotsuz uçuş aparatının, “Hürkuş” yeni nəsil təlim təyyarəsinin və T-129 ATAK taktik kəşfiyyat və zərbə helikopterinin maketlərini sərgiləyəcək.

“Keçdiyimiz 10 ildə dövriyyəsini 10 dəfədən çox böyüdərək önəmli beynəlxalq aviasiya firmalarının subpodratçısından özünün hava platdormalarını dizayn edən TUSAŞ bu gün 1 milyard ABŞ dollarını aşan dövriyyəsi ilə dünyanın öndə gələn aviasiya sənayesi şirkətlərinin sırasına yüksəlib”, – deyə şirkətdən bildirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş