ADEX-2016: Yavər Camalov xarici ölkələrin dövlət rəsmilərini qəbul edib

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov ADEX 2016 – 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra dövlət rəsmilərini qəbul edib.

Bu barədə “AzeriDefence” Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Y. Camalov ayrı-ayrılıqda Türkiyənin milli müdafiə naziri Fikri İşığın, Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussainin, Serbiyanın müdafiə naziri Zoran Corceviçin, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə məsələləri üzrə dövlət naziri Muhammed Ahmed Albavardirnin və Çex Xalq Respublikasının müdafiə nazirinin müavini Jakur Landovskyin rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edib.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş