ADMAA əməkdaşları ixtisasartırma kurslarında iştirak edib

Ötən il Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) 28 əməkdaşı beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən təşkil edilmiş, ixtisasın artırılması (və təsdiq edilməsi) kurslarında iştirak edib. Bu barədə ADMAA-nın yaydığı məlumatda bildirilib.

Uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi, sertifikatlaşdırma, beynəlxalq aviasiya hüququ, beynəlxalq hava daşımalarının təşkili mövzuları üzrə keçirilən təlim kurslarının nəticəsi olaraq Administrasiya əməkdaşlarına 45 beynəlxalq sertifikat verilib.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru tərəfindən təsdiq edilmiş Fərdi hazırlıq planına uyğun olaraq 2012-ci ildə də bu cür ixtisasartırma kurslarının keçirilməsi nəzərdə tutulub

KATEQORIYA:
Bu xəbəri paylaş