“Admiral Kasatonov” freqatı iyulda Rusiya donanmasına qəbul ediləcək

“Admiral Kasatonov” freqatı iyulda Rusiya donanmasına qəbul ediləcək

Rusiyanın 22350 layihəli ilk seriya “Admiral Kasatonov” freqatı iyul ayında donanmaya daxil ediləcək.

“AzeriDefence” xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Nikolay Yevmenov Müdafiə Nazirliyinin rəsmi nəşri olan “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə deyib.

N.Yevmenov bildirib ki, Rusiya donanması okean sularında 22350 layihəli gəmilərə etibar edir: “Bu layihənin gəmiləri dizayner və istehsalçı tərəfindən qoyulmuş taktiki və texniki xüsusiyyətlərini təsdiqləyir. Geniş bir modernləşdirmə ehtiyatı olan Layihə 22350 bir sıra gəmi sistemləri və silahları ilə daha da inkişaf etdiriləcək”.

Qeyd edək ki, iyunun 6-da “Admiral Kasatonov” freqatı dövlət sınaqlarını tamamlayıb və yenidən baxılması üçün Sankt-Peterburqdakı “Severnaya Verf” gəmiqayırma zavoduna qayıdıb. Baltik dənizindəki son sınaqlar zamanı gəminin bütün dizayn xüsusiyyətləri, o cümlədən sistemlərin və silahların istismarı sınaqdan keçirilib. Habelə sualtı qayıqlar və təyyarələrlə qarşılıqlı əlaqə qurulub, xilasetmə və təxliyə təlimləri aparılıb.

“Donanma Admiralı Kasatonov” freqatı 22350 layihəsinin əsas freqatı, sələfi “Sovet İttifaqı Donanması Admiralı Qorşkov” ilə birlikdə Şimal donanmasında xidmət göstərəcək.

Komandan bildirib ki, 22350 layihəsinin “Admiral” seriyası altı freqatdan ibarətdir: “22350 layihəli freqatların ikincisi “Admiral Qolovko”nun inşası başa çatıb və may ayında suya buraxılıb.  Hazırda “Şimal gəmiqayırma zavodu”nda “Sovet İttifaqı Donanması Admiralı İsakov”, “Admiral Amelko” və “Admiral Çiçaqov” gəmilərinin inşası həyata keçirilir”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş