“Aerokon” şirkəti “Rubej-20” üçün müştəri tapdı
Tatarıstanda yerləşən “Aerokon” şirkəti Rusiyanın güc strukturlarından biri ilə “Rubej-20” pilotsuz uçuş aparatının (PUA) təchizatına dair müqavilə imzalayıb. ADN-in məlumatına görə, sifarişçi hər birində 2 ədəd olmaqla 10 komplekt pilotsuz uçuş aparatı ilə təmin ediləcək. Sövdələşmənin məbləği isə açıqlanmayıb.
“Rubej-20” pilotsuz uçan kəşfiyyat aparatları Aİ-95 markalı benzinlə çalışır və saatda 110 km sürətlə uça, o cümlədən 8 saat havada qala bilir. PUA öz çəkisindən əlavə 8-20 kq yükdə daşımaq imkanına malikdir.
“Rubej-20” mərkəzi müşahidə məntəqəsindən idarə olunur, enmə prosesi isə paraşüt və amortizatorun köməkliyi ilə həyata keçirilir. Şirkət bu aparatları eyni zamanda xarici müştərilər üçün də nəzərdə tutur.
KATEQORIYA: Aerospace